Yaxın Şərqdə gərginliyin başlanğıcından bəri Hörmüz boğazından keçən gəmilərin SAYI

 13:09 18.03.2026     185

Hörmüz boğazından martda 89 gəmi keçib, İran neft ixracını davam etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə Associated Press (AP) “Lloyd's List Intelligence” şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, 1–15 mart tarixləri arasında Hörmüz boğazından ən azı 89 gəmi, o cümlədən 16 neft tankeri keçib. ABŞ və İsrailin İrana hücumundan əvvəl boğazdan gündə təxminən 100–135 gəmi keçirdi. 89 gəminin beşdə birindən çoxu İranla, qalanları isə Çin və Yunanıstanla əlaqəli olub.

“Lloyd's List” jurnalının baş redaktoru Riçard Mid bildirib ki, İran bəzi gəmilərin sahillərinə yaxın keçməsi ilə “təhlükəsiz bir dəhliz yarada” bilər. Bu, İran nefti daşıyan tankerlərə də aiddir. “Kpler” analitik şirkətinin hesablamalarına görə, İslam Respublikası martın əvvəlindən bəri artıq 16 milyon bareldən çox xam neft ixrac edib.

Reddal konsaltinq şirkətinin müştəri direktoru Kun Cao qeyd edib ki, Hörmüz boğazından keçən son gəmilər göstərir ki, boğaz “bəzi nəqliyyat vasitələrinə qarşı selektiv şəkildə bağlanıb, eyni zamanda İran ixracı və təsdiqlənmiş İrandan kənar hərəkətlər üçün fəaliyyət göstərir”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən