Türkiyədəki İncirlik bazasına əlavə “Patriot” sistemi yerləşdirilir

 13:19 18.03.2026     169

Türkiyənin Adana vilayətində hava məkanının qorunması üçün Almaniyadan göndərilən “Patriot” sistemi yerləşdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, Adanadakı İncirlik bazasında yerləşdirilən ikinci “Patriot” sistemidir.

Qeyd edək ki, İrandan atılan raketin Türkiyə hava məkanında vurulmasından sonra Malatyada da “Patriot” sistemi yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən