İran hücumunda iştirak edən ABŞ təyyarədaşıyan gəmisi təmirə göndərildi
ABŞ-yə məxsus USS Gerald R. Ford təyyarədaşıyan gəmisi müharibə zonasını tərk edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin USS Gerald R. Ford təyyarədaşıyan gəmisi İranla birlikdə təmir üçün Qırmızı dənizdəki mövqeyini tərk edərək Yunanıstanın Krit adasındakı Souda körfəzinə yola düşüb. Gəmi fevralın sonunda Qırmızı dənizə gedərkən Souda körfəzində dayanmışdı.
ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü təyyarədaşıyan gəminin statusu və onu müşayiət edən esmineslərin bölgədə qalması ilə bağlı şərh verməkdən imtina edib. ABŞ Müdafiə Nazirliyinin mənbəsi bildirib ki, aviadaşıyan gəminin zərbə qrupu Qırmızı dənizdə fəaliyyətini davam etdirəcək.
Aminə ŞAHSUVARQIZI













