Hizbullahın 80 hərbi hədəfi məhv edilib - İsrail Müdafiə Qüvvələri

 13:29 18.03.2026     296

İsrail Livanın cənubunda 80 Hizbullah obyektini məhv edib

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) açıqlama yayıb.

Ordunun mətbuat xidmətinin məlumatına görə, “İrəli müdafiə əməliyyatlarının bir hissəsi olaraq, 146-cı Diviziyanın 300-cü Briqadasının qoşunları Livanın cənubunda Hizbullah terrorçularının hədəflərini məhv etmək üçün əməliyyatları davam etdirir. Son bir həftə ərzində qoşunlar 80-dən çox Hizbullah terrorçu infrastruktur obyektini məhv edib və ərazidəki belə obyektlərdən birindən çıxan iki yaraqlını öldürüblər”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən