"Çünki heç kim onları vaxtında dayandıra bilməyib"
“ABŞ qoşunları ölkədən çıxarılmalı, bazalar bağlanmalıdır”.
Redaktor.az xəbər verir ki, bunu Solçu İspaniya partiyası Podemosun baş katibi və keçmiş Sosial Hüquqlar naziri İone Belarra deputatlar Konqresində çıxışı zamanı bildirib.
Belarra ölkənin Baş naziri Pedro Sançesə müraciət edərək deyib: “Fələstin, Venesuela, Kuba, İran, Livan, Yəmən, Qrenlandiya hazırda ABŞ və İsrail bəşəriyyətin təhlükəsizliyinə ən böyük təhdiddir. Onlar bütün dünyaya hücum edirlər və bunu bacardıqları üçün edirlər, çünki heç kim onları vaxtında dayandıra bilməyib”.
O əlavə edib: “Müharibəyə "yox" demək, ABŞ Prezidenti Donald Trampın qanunsuz müharibələri üçün istifadə olunmağa davam edə biləcək Rota və Moron bazalarını bağlamaq deməkdir. Bu, Amerika ordusunun ölkəmizdən qovulması deməkdir. Müharibəyə "yox" demək bu yenidən silahlanmanın ləğvi deməkdir”.
Deputat həmçinin İspaniyanın NATO-dan çıxmasının lehinə çıxış edib və bildirib ki, ölkə “bu cinayətkar ittifaqın” bir hissəsi olaraq qaldığı müddətcə ABŞ və İsrailin əlbirçisi olaraq qalmağa davam edəcək.
Aminə ŞAHSUVARQIZI













