"Yaxın Şərqdəki vəziyyət qlobal iqtisadiyyata ciddi ziyan vurub"

 16:31 18.03.2026     200

İran ətrafındakı münaqişənin qlobal enerji təhlükəsizliyini təhdid etdiyi açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Məlumata görə, o qeyd edib ki, resursların və paylama marşrutlarının cəmləşməsi qlobal bazarı regional qeyri-sabitliyə qarşı həssas edir və bu vəziyyət enerji təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Zaxarova əlavə edib ki, münaqişə artıq neft və qaz bazarlarında qeyri-sabitliyə səbəb olub və qlobal iqtisadiyyata ciddi ziyan vurub.

Diplomat vurğulayıb ki, Yaxın Şərqdəki gərginlik davam edərsə, neftin qiymətinin bir barel üçün 150–200 dollardan yuxarı qalxması da istisna olunmur.

Qeyd edək ki, münaqişənin aktiv mərhələsinin başlanğıcından etibarən qiymətlər 30 faizdən çox artıb. 18 mart tarixinə olan məlumata əsasən, Brent markalı xam neftin bir barelinin qiyməti 101,27–103,19 dollar təşkil edir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən