"Çin Yaxın Şərqdə atəşkəs üçün vasitəçilik etməyə davam edəcək" - XİN

 16:55 18.03.2026     295

Çin Yaxın Şərqdə atəşkəsin təmin olunması üçün vasitəçiliyi davam etdirəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Çinin xarici işlər naziri Vanq Yi Pekində BƏƏ Prezidentinin xüsusi elçisi Xaldun əl-Mübarəklə görüşündə bildirib ki, ölkəsi regionda atəşkəs rejiminin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması üçün səylərini davam etdirəcək.

Nazir qeyd edib ki, müharibə heç vaxt baş verməməli idi və onun davam etməsi üçün heç bir əsas yoxdur.

O, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin suverenliyini və təhlükəsizliyini müdafiə etmək hüququnu dəstəklədiyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən