Abbas Əraqçi yaponiyalı həmkarı ilə DANIŞDI

 17:03 18.03.2026     222

İran ABŞ-İsrail təcavüzündə iştirakın cinayətlərə şərik olmağa bərabər olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Motegi Toşimitsu ilə telefon danışığında ABŞ və İsrailin İrana qarşı təcavüzü və son regional inkişafları müzakirə edib.

Əraqçi bildirib ki, İran özünü təcavüzə qarşı qətiyyətlə müdafiə edəcək və beynəlxalq ictimaiyyəti ABŞ və İsraili məsuliyyətə cəlb etməyə çağırır. O vurğulayıb ki, İranda əks-hücum tədbirləri yalnız özünümüdafiə hüququ çərçivəsindədir və ABŞ bazalarının yerləşdiyi ölkələrə hücum kimi qəbul edilməməlidir.

Nazir həmçinin ABŞ-nin Hörmüz boğazının yenidən açılması bəhanəsi ilə digər ölkələri müharibəyə cəlb etmək planlarını pisləyib və xəbərdarlıq edib ki, ABŞ-İsrail təcavüzünə hər hansı bir iştirak təcavüzə və dəhşətli cinayətlərə şərik olmağa bərabərdir.

Motegi Toşimitsu isə Yaponiyanın ABŞ və İsrailin bölgəyə hücumları ilə bağlı mövqeyini açıqlayıb və gərginliyin diplomatik yolla azaldılmasının vacibliyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən