İranda İsveç vətəndaşı edam edildi

 18:10 18.03.2026     267

İranda İsveç vətəndaşı edam edilib.

Redaktor.az-ın xəbərinə görə, bunu İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard deyib.

“İsveç Aİ ölkələri ilə birlikdə ölüm cəzasının bütün hallarda tətbiqini pisləyir”, - nazir bildirib.

Edam edilən şəxsin kimliyi açıqlanmasa da, onun İran-İsveç ikili vətəndaşlığı olan Kurouş Keyvani olduğu güman edilir.

Vumart və Güvən reklamı Vumart Güvən