İran BƏƏ-dən təzminat tələb ETDİ

 10:53 19.03.2026     290

İran ABŞ-nin Əmirlik ərazisindən İslam Respublikasına endirdiyi zərbələr nəticəsində yaranan ziyana görə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təzminat tələb edir.

Redaktor.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Saeed İravani BMT-nin baş katibi Antonio Quttereşə ünvanladığı məktubda yazıb.

"NourNews" məktubdan sitat gətirir: "Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq arenadakı qanunsuz hərəkətləri onların beynəlxalq hüquqi məsuliyyətinə səbəb olub və İrana dəyən bütün maddi və qeyri-maddi zərərlərə görə kompensasiya tələb edir".

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən