Pentaqon İranla müharibə üçün 200 milyard dollar tələb EDİB

 12:08 19.03.2026     211

Pentaqon İranla müharibənin maliyyələşdirilməsi üçün Ağ Evə 200 milyard dollardan çox büdcə tələbi təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" administrasiyanın yüksək vəzifəli mənbəsinə istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, bu məbləğ hərbi kampaniyanın dəyəri ilə bağlı əvvəllər dərc olunmuş məlumatlardan xeyli çoxdur. Əlavə maliyyələşdirmənin məqsədinə çox vacib silah və sursat istehsalında “təcili” artım daxildir.

“The Washington Post” yazır ki, bu, son iki həftə ərzində nazirliyin büdcə ehtiyacları ilə bağlı təklif edilən ilk qiymətləndirmə deyil, lakin Konqresə bu qədər məbləğ təqdim olunarsa, bu, “çox güman ki, böyük bir siyasi mübarizəyə səbəb olacaq”.

ABŞ Müdafiə Nazirliyi və Ağ Ev qəzetə şərh verməkdən imtina edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən