ABŞ-də Ukrayna ilə bağlı açıqlamalar “Putinə hədiyyə” kimi qiymətləndirildi
ABŞ Prezidenti Donald Trump və dövlət katibi Marco Rubionun Ukrayna üzrə sülh danışıqlarından mümkün çıxışla bağlı bəyanatları ABŞ-də narahatlıq doğurub.
Redaktor.az xəbər verib ki, bu barədə The New York Times nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu açıqlamalar Rusiya Prezidenti Vladimir Putin üçün “hədiyyə” kimi qiymətləndirilir. Məqalə müəllifi qeyd edir ki, Rubionun konkret olaraq nəyi nəzərdə tutduğu tam aydın olmasa da, səsləndirilən fikirlər Rusiyanın mövqeyinə uyğun təsir bağışlayır.
Qeyd olunur ki, Trampın andiçmə mərasimindən sonra onun və milli təhlükəsizlik komandası üzvlərinin bəzi açıqlamaları Moskvanın maraqlarına uyğun interpretasiya olunur.
Nuriyyə NATİQQIZI













