İsrailin Livandakı hücumları nəticəsində iki gündə 45 nəfər həlak olub

 13:12 19.03.2026     254

Son iki gündə İsrailin Livanın bir neçə bölgəsinə hücumları nəticəsində 45 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.

İsrail Livanın cənubundakı müxtəlif yaşayış məntəqələrinə hava hücumlarını davam etdirir. Ölkənin cənubundan didərgin düşmüş böyük qruplar Sidon və Beyrut şəhərlərinə doğru hərəkət etməyə davam edir.

İsrail ordusu son 24 saat ərzində Livanın cənubunda 20-dən çox Hezbollah yaraqlısının öldürüldüyünü bildirib. Qeyd olunub ki, onlarla hərbi nəqliyyat hədəfi vurulub.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən