Almaniya Hörmüz boğazında missiyalarda iştirak edə bilər
Almaniya Hörmüz boğazında missiyalarda iştirak edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ARD televiziya kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, İranla bağlı münaqişə başa çatdıqdan sonra Almaniyanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün missiyalarda iştirakı istisna edilmir. Nazir mina təmizləmə işlərini buna nümunə göstərib.
"Bizdən Hörmüz boğazında tədbir görmək tələb oluna bilər. Məsələn, əgər bu, minaların təmizlənməsi və ya oxşar bir şeylə bağlıdırsa", - deyə Dobrindt bildirib.
Bununla yanaşı, o, kansler Fridrix Merzin Almaniyanın İranla bağlı münaqişədə iştirak etməməsi ilə bağlı mövqeyini dəstəklədiyini vurğulayıb.
"Biz iştirak etmirik, əvvəllər bizdən soruşulmayıb, biz iştirakçı deyilik", - deyə nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti NATO müttəfiqləri də daxil olmaqla bir neçə ölkədən Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində kömək istəmişdi. O, bəzi ölkələrin yardım göstərməkdən imtina etməsindən narazılığını ifadə etmişdi.
Aminə ŞAHSUVARQIZI













