BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu VURDU

 18:10 19.03.2026     309

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İranın 7 ballistik raket və 15 dronu vuraraq qarşısını alıb.

Redaktor.az xəbər verir ki,  bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 28-dən etibarən ölkə 334 ballistik raket, 15 qanadlı raket və 1714 dron hücumuna məruz qalıb.

Məlumatda qeyd olunur ki, müharibə boyunca gündəlik hücumların sayı tədricən azalmaqdadır.

Vumart və Güvən reklamı Vumart Güvən