Yaponiya Baş naziri və Trampın naharı ləğv edildi
Yaponiyanın Baş naziri ABŞ-də işgüzar naharı ləğv etdi.
Redaktor.az xəbər verir ki, bu barədə "Jiji" xəbər agentliyi hökumət mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-də səfərdə olan Yaponiyanın Baş naziri Sanae Takaiçi Ağ Ev Prezidenti Donald Trampla planlaşdırılmış işgüzar naharı ləğv edib.
Agentlik bildirir ki, naharın ləğv edilməsinə baxmayaraq, ikitərəfli görüşün vaxtı uzadılacaq. Naharın ləğv edilməsinin səbəbləri hələ açıqlanmayıb.
Qeyd edək ki, Sanae Takaiçi hazırkı vəzifəsində ilk səfəri ilə ABŞ-yə gəlib. Sammitin Yaponiya vaxtı ilə 20 mart gecəsi baş tutması planlaşdırılır və Takaiçi sammitdən dərhal sonra Yaponiyaya qayıdacaq.
Aminə ŞAHSUVARQIZI













