İran ABŞ-yə məxsus F-35 qırıcısını VURDU

 20:14 19.03.2026     379

İranın ABŞ-yə məxsus 5-ci nəsil F-35 qırıcı təyyarəsini vurduğu iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə İran üzərində döyüş tapşırığı yerinə yetirərkən zərər görüb və regiondakı ABŞ aviabazalarından birinə məcburi eniş edib, pilot sağ qalıb.

Məlumat təsdiqlənərsə, bu, İranın ilk dəfə bu tip qırıcı təyyarəni vurması halı olacaq.

Xatırladaq ki, F-35 qırıcıları hazırkı münaqişə zamanı ABŞ və İsrail tərəfindən aktiv istifadə olunur və bir ədədinin dəyəri 100 milyon dollardan artıqdır.

Vumart və Güvən reklamı Vumart Güvən