Ərdoğan Şahbaz Şəriflə regiondakı vəziyyəti müzakirə ETDİ

 20:53 19.03.2026     429

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, liderlər Türkiyə-Pakistan ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyənin regionda sülh yönümlü səylərinin davam etdiyini və sabitliyin təmin olunması üçün addımlar atacağını bildirib.

O qeyd edib ki, Pakistanın təhlükəsizliyi Türkiyə üçün önəmlidir və davamlı sabitlik üçün birgə fəaliyyət davam etdiriləcək.

Telefon danışığı zamanı Əfqanıstandakı son vəziyyət də müzakirə olunub.

 

Vumart və Güvən reklamı Vumart Güvən