Türkiyədə avtobus qəzası: Ölənlər və yaralananlar VAR

 15:55 20.03.2026     297

Türkiyədə sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Adana vilayətində qeydə alınıb.

Məlumata görə, Ankara–Osmaniye marşrutu üzrə hərəkət edən avtobus Arslanlı məhəlləsində aşıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 23 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzanın səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən