Qüds səmasında qorxunc an - Raket başlığı kameraya DÜŞDÜ

 11:54 22.03.2026     421

Qüds sakini şəhər istiqamətinə uçan İran raketinin başlığını əks etdirən nadir foto çəkib. Sosial şəbəkələrdə yayılan bu nadir kadrlar böyük maraq doğurub.

Redaktor.az xəbər verir ki, görüntülər müharibə. tarix.silahlar teleqram kanalında paylaşılıb.

Kadrlarda ballistik raketin uçuş zamanı ayrılan hissəsinin yüksək sürətlə yerə doğru hərəkət etdiyi görünür.

Görüntü müəlliflərinin sözlərinə görə, sursat arxasında alov izi buraxaraq sanki meteoru xatırladır və gecə səmasında qorxunc mənzərə yaradır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən