SEPAH İsrail hava limanına qabaqcıl dronlarla hücum etdiyini BİLDİRDİ

 12:07 22.03.2026     327

İran İslam Respublikası Keşikçiləri Korpusu (SEPAH) İranın İsrail ərazisinə yeni nəsil pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, qurumun mətbuat xidməti general-mayor Məhəmməd Əkrəminiyaya istinadən bildirir ki, hücum  İsrailin Təl-Əvivdəki Ben-Qurion hava limanı istiqamətində həyata keçirilib.

Məlumata görə, İran ordusunun sözçüsü qabaqcıl “Arash-2” pilotsuz təyyarəsinin sözügedən hədəfə uğurla zərbə endirdiyini iddia edib.

İranlı general qeyd edib ki, “Arash-2” dronu əvvəlki “Arash-1” və “Kian” modellərinin daha inkişaf etmiş və dağıdıcı versiyasıdır. Onun sözlərinə görə, yeni texnologiyanın uçuş məsafəsi təxminən 2000 kilometrə çatır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən