İran daha bir F-15 qırıcı təyyarəsini VURDU
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, ölkənin hərbçiləri ABŞ və İsrail ilə silahlı münaqişə zamanı daha bir F-15 qırıcı təyyarəsini vurub.
Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
SEPAH-ın məlumatına görə, qırıcı daha sonra İranın hava hücumundan müdafiə sisteminin yer-hava raketi ilə vurulub. Hazırda təyyarənin taleyi və dəqiq vəziyyəti barədə məlumatlar dəqiqləşdirilir.
Aminə ŞAHSUVARQIZI













