Paşinyan metroda mübahisəyə girdi - “Siz qaçdınız!”

 14:01 22.03.2026     462

Bu gün Nikol Paşinyan partiyadaşları ilə birlikdə İrəvanda gəzinti zamanı Qarabağdan köçən bir şəxslə mübahisəyə girməli olub.

Redaktor.az xəbər verir ki, Ermənistanın Baş naziri metroda onu qınayan şəxsə deyib:

"Sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda məni günahlandıran sizlər idiniz. İndi isə buraya gəlib deyirsiniz: "Geri qayıtmaq istəyirdik".

Biz Ermənistan vətəndaşlarının milyardlarla vergisini sizlərə xərclədik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız?

Ermənistanın xəritəsi haqqında bu qədər ikrahla danışmayın. Siz, qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın".

Vumart və Güvən reklamı Vumart Güvən