İstanbulda bina çökdü - VİDEO - YENİLƏNİB
9 nəfər dağıntılar altından sağ çıxıb, qalan 2-nin axtarışları davam etdirilir.
***
Binaların çökməsinə səbəb qaz sızması nəticəsində baş verən partlayışdır.
***
İstanbulun Fatih rayonunda bina çöküb.
Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub.
Məlumata görə, hazırda dağıntılar altında qalan beş nəfərdən üçü xilas edilərək xəstəxanalara aparılıb. Qalan iki nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir.













