“İran liderlərinə qarşı sui-qəsdlər adi hala çevrilməməlidir” - Peskov

 15:50 22.03.2026     223

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İran rəhbərliyinə qarşı mümkün sui-qəsd cəhdləri ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, “Vesti” xəbər xidmətinin müəllifi Pavel Zarubinə müsahibəsində bu cür halların real olduğunu, lakin normal sayılmadığını bildirib.

Peskov vurğulayıb ki, İranın ali rəhbərliyi, o cümlədən ölkənin liderinə qarşı bu tip addımlar heç bir halda qəbul edilə bilməz və belə hallar baş verməməlidir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən