“İran ərazisinə edilən hücumlardan fəal şəkildə özünü müdafiə edir” - Peskov

 16:35 22.03.2026     234

“İran ABŞ və İsrailin öz ərazisinə hücumlarına qarşı uğurlu müdafiə nümayiş etdirir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" xəbər xidmətinin jurnalisti Pavel Zarubinlə müsahibəsində bildirib.

Kremlin sözçüsü bildirib ki, "İranın özünü müdafiə etdiyini görürük, İran özünü kifayət qədər fəal şəkildə müdafiə edir".

O, həmçinin ABŞ və İsrailin İrana qarşı təcavüzkar hərəkətlərinin İslam Respublikası xalqının və onun liderlərinin birləşməsinə səbəb olduğunu vurğulayıb.

Peskov bildirib ki, "bu kampaniyanın, bu təcavüzün əvvəlində niyyət sonda  Tehrandakı rejimi dəyişdirmək idi. Lakin indi bir şey aydındır: hər bir belə hərəkət İran xalqı arasında öz rəhbərliyi ətrafında daha böyük birliyə gətirib çıxarır".

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən