Gürcüstan Patriarxı II İliya dəfn edildi
Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimi Tbilisidə, Gürcüstan Pravoslav Kilsəsinin səkkiz əvvəlki patriarxının qalıqlarının dəfn olunduğu Sioni Katedralında keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Patriarxa ehtiramlarını bildirmək üçün minlərlə insan toplaşıb. Son ehtiramlarını bildirmək istəyən çox sayda insan olduğuna görə, anım mərasimi üçün yalnız ruhanilər, mərasimdə iştirak edən xarici nümayəndə heyətlərinin üzvləri və Gürcüstan hökumətinin nümayəndələri kafedrala daxil ola biliblər.
Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İlya martın 17-də 93 yaşında vəfat edib.
1977-ci ildə II İliya Gürcü Kilsəsi Sinodunun üzvləri tərəfindən Sioni Katedralında patriarxal taxt-taca seçilmişdi.
Aminə ŞAHSUVARQIZI













