Pezeşkian Hörmüz boğazının kimə bağlı olduğunu AÇIQLADI

 21:06 22.03.2026     488

Hörmüz boğazı İran sərhədlərini pozan gəmilər istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıqdır.

Redaktor.az xəbər verir ki, bu sözləri İslam Respublikasının Prezidenti Məsud Pezeşkian sosial media səhifəsində yazıb.

"İranı dünya xəritəsindən silmək illüziyası tarix yaradan bir ölkənin iradəsi qarşısında çarəsizliyi nümayiş etdirir. Təhdidlər və terror yalnız birliyimizi gücləndirir", - deyə o əlavə edib.

Pezeşkian respublikanın döyüş meydanında "dəlilik təhdidləri" ilə qətiyyətlə mübarizə apardığını vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən