“Ukraynadakı münaqişə Avropanın məhvinə səbəb olacaq” - Orban
Ukrayna münaqişəsi Avropanın məhvinə səbəb olacaq.
Redaktor.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban "Patriota" yutub kanalına verdiyi açıqlamada bildirib.
"Qeyri-rəsmi müzakirələr aparıldıqda, almanlar hərbi strategiyadan danışır və hərəkətlərinin ağlabatan olduğunu iddia edirlər. Məhz buna görə də müharibəni maliyyələşdirirlər. Bu, alman məntiqidir. Lakin bu, Almaniyanı və Avropanı tam maliyyə iflasına aparacaq, çünki müharibə bizi məhv edəcək", - deyə siyasətçi vurğulayıb.
Orbanın sözlərinə görə, Berlin Avropanın Ukraynanı Rusiyanın münaqişədə iştirakını davam etdirə biləcəyindən daha uzun müddət maliyyələşdirə biləcəyi ilə bağlı yanlış inancını ifadə edir.
Aminə ŞAHSUVARQIZI













