Fransanın sabiq Baş naziri vəfat ETDİ
Fransanın Sosialist Partiyasından olan sabiq Baş naziri Lionel Jospin 88 yaşında vəfat edib
Redaktor.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Jospin 1997–2002-ci illərdə sağ-mərkəzçi prezident Jak Şirak dövründə hökumətə rəhbərlik edib.
2002-ci ildə Jospin Fransa prezidentliyinə namizəd olub, lakin sensasion şəkildə ikinci tura keçə bilməyib.













