Kolumbiyada təyyarə qəzası - 90 hərbçi öldü

 21:39 23.03.2026     348

Kolumbiyada hərbi nəqliyyat təyyarəsi qəzaya düşüb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Putumayo əyalətində baş verib.

Havaya qalxdıqdan az sonra yerə çırpılan təyyarədə ümumilikdə 110 nəfərin olduğu və onların 90 nəfərinin həlak olduğu bildirilib.

Kolumbiyanın müdafiə naziri Pedro Sançez açıqlama verərək qəzaya uğrayan təyyarənin “Hercules” tipli olduğunu deyib. O, ölənlər barədə konkret məlumat verməyərək baş verən olayın Kolumbiya xalqı üçün son dərəcə məyusedici olduğunu vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən