Vens və Netanyahu İranla mümkün razılaşmanı müzakirə ETDİ

 22:44 23.03.2026     354

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İsrailin Baş naziri Benyamin Netanyahu İranla mümkün razılaşmanı müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Axios portalı mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər telefon danışığı zamanı İranla danışıqların başlanması istiqamətində səyləri müzakirə ediblər.

“Onlar müharibəyə son qoymaq məqsədi daşıyan mümkün razılaşmanın əsas komponentlərini nəzərdən keçiriblər”, – deyə mənbə bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən