İstənilən vəziyyətdə maraqlarımızı qoruyacağıq - Netanyahu

 23:14 23.03.2026     406

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İranla danışıqlarla bağlı açıqlamalarına münasibət bildirib.

Redaktor.az "Ynet"ə istinadən xəbər  verir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampla danışdığını bildirib.

Netanyahunun sözlərinə görə, Tramp İsrail Müdafiə Qüvvələri və ABŞ ordusunun böyük uğurlarından yararlanaraq müharibənin məqsədlərini bir müqavilə ilə həyata keçirməyin mümkünlüyünə inanır.

"Bu, həyati maraqlarımızı qoruyacaq bir müqavilədir. Eyni zamanda, həm İrana, həm də Livana hücum etməyə davam edirik. Raket və nüvə proqramını tamamilə məhv edirik və Hizbullaha ciddi zərər verməyə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini məhv etdik və əl hələ də uzanır. İstənilən vəziyyətdə həyati maraqlarımızı qoruyacağıq”, - Netanyahu vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən