İsrail və ABŞ İranda qaz boru kəmərini və qaz paylama stansiyasını VURDU

 12:04 24.03.2026     396

İsrail və ABŞ İranın cənub-qərbində və mərkəzində qaz boru kəmərinə və qaz paylama stansiyasına zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Hücum İsfahandakı qaz paylama stansiyasını və İraqla sərhəddə yerləşən Xorrəmşəhrdə elektrik stansiyasına aparan qaz boru kəmərini hədəfə alıb. Tələfat olmayıb.

Agentlik əlavə edib ki, qaz infrastrukturuna və yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən