ABŞ Yaxın Şərqə daha bir F-16 qırıcı təyyarəsi eskadrilyası GÖNDƏRDİ

 12:21 24.03.2026     353

ABŞ Hərbi Hava Qüvvələri İsrailin Ovda hava bazasına on iki F-16 qırıcı təyyarəsindən ibarət daha bir eskadrilya yerləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Hərbi Hava İzləmə Alyansının (MATA) məlumat yayıb.

İsrailin Ovda aviabazasında on iki Amerika beşinci nəsil F-22 Raptor qırıcısından ibarət eskadrilya artıq yerləşdirilmişdi.

Hazırda ABŞ-nin Yaxın Şərqdəki Taktiki Hava Qrupunun təxminən 250 təyyarəsi var. Onların ən böyük konsentrasiyası İordaniyanın “Muvafaq Salti Hava Bazası”ndadır. Burada F-35A, F-15E, F-16 və A-10 da daxil olmaqla, çoxsaylı ABŞ döyüş təyyarələri eskadrilyaları yerləşir.

Qırıcılar həmçinin Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasında və ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" təyyarədaşıyan gəmisində yerləşdirilib.

ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Amerika döyüş təyyarələri İrana qarşı hərbi əməliyyatların başlanğıcından bəri 8000-dən çox döyüş uçuşu həyata keçirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən