İranın 9000-dən çox hədəfinə zərbələr endirilib - CENTCOM

 13:50 24.03.2026     228

ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatın başlanğıcından bəri 9 000-dən çox hədəfə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında dərc edilib.

"9 000-dən çox hədəfə zərbə endirilib. 9 000-dən çox döyüş uçuşu həyata keçirilib", - deyə məlumatda qeyd olunub.

Bir müddət əvvəl CENTCOM-un komandanı Bred Kuper bildirib ki, ABŞ onlarla gəmi də daxil olmaqla, İrandakı 8 000-dən çox hərbi hədəfə zərbə endirib.

Vumart və Güvən reklamı Vumart Güvən