Litva ərazisinə düşən dron Ukraynaya məxsusdur - Baş nazir

 15:44 24.03.2026     317

Litvanın hava sərhədlərini pozaraq Varenskin rayonunda düşərək partlayan pilotsuz uçuş aparatı Ukraynaya məxsus olub.

Redaktor.az xəbər verir ki, “Delfi” bu barədə Litva Baş naziri İnqa Ruqinenenin açıqlamasını yayıb.

Baş nazir qeyd edib ki, dron Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi əməliyyat zamanı Litva ərazisinə keçib.

"Bu gün biz deyə bilərik ki, ölkəmizin hava məkanını keçən və Varenskin rayonuna düşən dron Ukraynaya məxsus idi. Bu, həmin gecə ukraynalıların Rusiyaya qarşı həyata keçirdiyi əməliyyatla bağlıdır (Primorsk neft terminalına hücum – red.)", - o vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən