İsrail ordusu Beyrutda "Hizbullah"ın yeraltı tunelini və qərargahlarını məhv ETDİ

 15:52 24.03.2026     336

İsrailin Silahlı Qüvvələrinin (SAXAL) "Dağlar" briqadası "Hizbullah" qruplaşmasına qarşı əməliyyatlarını davam etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə SAXAL-ın teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən əməliyyat zamanı "Hizbullah"a aid edilən tunel və silah anbarı məhv edilib. Beyruta endirilən zərbələrdə isə qruplaşmanın Radvan Qüvvələrinin qərargahı da daxil olmaqla, bir neçə "Hizbullah" qərargahı məhv edilib. Bundan başqa SAXAL "Hizbullah" qruplaşmasının istifadə etdiyi Litani çayı üzərindəki daha bir əsas keçidi yararsız vəziyyətə salıb.

Vumart və Güvən reklamı Vumart Güvən