Lavrovdan İrana qarşı təcavüzün nəticələri barədə XƏBƏRDARLIQ
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı Yaxın Şərqdə sabitliyi pozmaqla yanaşı, qlobal ticarətə və təhlükəsizliyə də təsir göstərir.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir açıqlamasında vurğulayıb ki, "vəziyyət təkcə Fars körfəzi bölgəsində deyil, həm də hazırda baş verən bütün Yaxın Şərqdə deyil, həm də qlobal ticarət, enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat və biznes kommunikasiyalarında qeyri-sabitlik yarada bilər".
O qeyd edib ki, son aylar və həftələr ərzində bütün qlobal ictimaiyyət Yaxın Şərqdə və Latın Amerikasında dramatik hadisələrin şahidi olub.
Lavrov əlavə edib ki, Qərbin öz dominantlığının qalıqlarını qorumaq cəhdləri belə faciəvi vəziyyətlərə gətirib çıxarıb.
Aminə ŞAHSUVARQIZI













