Hindistan Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün İran, İsrail və ABŞ ilə əlaqələrini davam etdirir
Hindistan Yaxın Şərqdəki münaqişənin deeskalasiyası ilə bağlı İran, İsrail və ABŞ ilə əlaqələr saxlayır.
Redaktor.az xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi Hindistan Parlamentinin Yuxarı Palatasında Yaxın Şərqdəki vəziyyətlə bağlı hesabatla çıxış edərkən bildirib.
Modi qeyd edib: "Biz İran, İsrail və ABŞ ilə əlaqə saxlayırıq. Məqsədimiz dialoq və diplomatiya yolu ilə regionda sülhü bərpa etməkdir. Biz gərginliyin azaldılması və Hörmüz boğazının açılmasını müzakirə etdik".
Modi əksər Qərbi Asiya ölkələrinin dövlət başçıları ilə iki dəfə danışdığını bildirib.
Hindistan hökumətinin başçısı qeyd edib ki, Hindistan “mülki şəxslərə, mülki infrastruktur obyektlərinə və enerji və nəqliyyatla əlaqəli obyektlərə hücumlara qarşıdır”.
Baş nazir əlavə edib ki, "Hindistan bu böhranı həll etmək üçün dialoq təklif edib. Səylərimiz bütün tərəfləri dinc həllərə nail olmağa təşviq etməyə yönəlib".
Aminə ŞAHSUVARQIZI













