Əraqçi Azərbaycan, Türkmənistan və digər ölkələrdən olan həmkarları ilə telefon danışıqları APARDI

 16:56 24.03.2026     268

İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və Türkmənistandan olan həmkarları Ceyhun Bayramov və Rəşid Meredovla telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Nazirlər ABŞ-İsrail hərbi əməliyyatlarının davam etməsi fonunda son regional hadisələr barədə fikir mübadiləsi aparıblar.

Agentliyin məlumatına görə, Əraqçi həmçinin ABŞ və İsrailin Xəzər dənizi ilə həmsərhəd olan dövlətlərə hücumlarının təhlükəsizlik və ekoloji fəsadlarını da vurğulayıb.

O, məsuliyyətli mövqe tutmağın, bu hücumları qınamağın və nəticələrinin qarşısını almaq üçün tədbirlər görməyin vacibliyini qeyd edib.

23 martdan bəri Əraqçi Rusiya, Türkiyə, Misir, Oman, Pakistan və Cənubi Koreyadan olan həmkarları ilə də əlaqə saxlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən