Tramp Tehrana verdiyi sözünü tuta bilmədi

 17:18 24.03.2026     426

ABŞ-İsrail İsfahan və Xorrəmşəhr bölgələrindəki İran enerji obyektlərinə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatlar İran mediasında yayılıb. 

Bildirilib ki, hədəflər arasında qaz idarəsi binası, təzyiq stansiyası və boru kəməri olub və xəsarət alanlar barədə məlumat verilməyib.

Hücumlar Trampın Tehranla danışıqlardan sonra İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmasına baxmayaraq baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən