“İrana qarşı hərbi əməliyyatın miqyasını azaltmayacağıq”
“ABŞ İran ilə təmaslar dövründə bu ölkəyə qarşı hərbi əməliyyatın miqyasını azaltmaq niyyətində deyil”.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “The New York Times” (NYT) qəzetinə bildirib.
“Prezident Tramp və onun danışıqlar üzrə nümayəndələri (İran ilə - red.) diplomatiyanın bu yeni imkanını araşdırarkən, “Epik Qəzəb” əməliyyatı Ali Baş Komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə nail olmaq üçün intensivliyi azaldılmadan davam edir”, - o deyib.













