Macarıstan Ukraynaya qaz tədarükünü dayandırır - Orban

 14:01 25.03.2026     367

“Drujba” neft kəməri üzrə Rusiya neftinin nəqli bərpa olunana qədər Ukraynaya qaz tədarükü dayandırılacaq.

Redaktor.az xəbər verir ki, bu bəyanatı Macarıstanın Baş naziri Viktor Orban verib.

Əvvəlki açıqlamalarında Orban Kiyevdən neft kəmərini açmağı tələb etmişdi.

Qeyd olunur ki, ötən il Ukraynanın idxal etdiyi qazın təxminən 46%-i Macarıstan vasitəsilə tədarük olunub.

Vumart və Güvən reklamı Vumart Güvən