Rusiya İrana Azərbaycan vasitəsilə humanitar yardım göndərir

 16:33 25.03.2026     403

Rusiya Federasiyası Azərbaycan ərazisindən tranzit xətti kimi istifadə etməklə İrana 300 tondan artıq tibbi preparat çatdıracaq.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ayrılan humanitar yardım karvanı martın 26-da paytaxtda yerləşən Abşeron dəmiryol stansiyasına daxil olacaq. Bunun ardınca həmin yüklər iritutumlu yük avtomobilləri vasitəsilə İrandakı son ünvana təhvil veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən