Venesuelanın sabiq prezidentinin məhkəməsinin VAXTI BİLİNDİ

 17:51 26.03.2026     249

Venesuelanın sabiq prezidenti Nikolas Maduronun məhkəməsi 26 mart tarixinə təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, məhkəmə iclasında vəkillər hakimi ABŞ hökumətinin müvəkkillərinin narkoterrorizm ittihamı ilə məhkəməyə hazırlaşmasına mane olduğuna inandırmağa çalışacaqlar.

Mütəxəssislər hesab edirlər ki, müdafiə tərəfinin perspektivləri zəifdir.

Keçmiş prokuror Dunkan Levin qeyd edib ki, sanksiya rejimi Maduronu resurslardan məhrum etməyə yönəlib, buna görə də məhkəmənin dövlət vəsaitlərindən ödənişə icazə verməsi ehtimalı azdır. Lakin ABŞ qanunlarına görə, Maduro hökumət tərəfindən təyin olunmuş vəkil hüququnu özündə saxlayır.

Vumart və Güvən reklamı Vumart Güvən