Yaponiyada zəlzələ OLDU

 19:18 26.03.2026     366

Yaponiyanın şimal-şərqində 6,5 maqnitudalı zəlzələ baş verib.

Redaktor.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:18-də (Bakı vaxtı ilə 18:18-də) Morioka şəhərindən (İvate prefekturası, Honşu adası) 173 km şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib. Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Sunami təhlükəsi elan edilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən