Türkiyədə məhkumları daşıyan dörd avtomobil qəzaya uğradı - 14 yaralı

 18:19 27.03.2026     255

İstanbulda məhkumları daşıyan dörd avtomobil qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Yaralılardan 6 nəfərin jandarma zabiti, 8 nəfərin isə məhkum olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən