"Ukrayna barışığa hazırdır" - Zelenski

 18:54 30.03.2026     216

"Pasxa bayramı günlərində barışığa hazırıq".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində məlumat verib.

"Bilirsiniz ki, biz dövlətin ləyaqətini və müstəqilliyini itirmədən müharibəyə son qoymaq üçün istənilən formatı dəstəkləyirdik", - deyə o bildirib.

"Amma sözsüz ki, biz istənilən kompromisə hazırıq. Dediyim kimi, ləyaqətimiz və suverenliyimizlə bağlı kompromislər istisna olmaqla", - deyə Volodimir Zelenski qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən