Rusiya Ukrayna ilə münaqişədə texnoloji üstünlüyə MALİKDİR
Fransa Hərbi Hava Qüvvələrinin generallarından biri Rusiyanın Ukrayna ilə münaqişədə texnoloji üstünlüyə malik olduğunu bildirib.
Redaktor.az bu haqda "Politoco"ya istinadla məlumat verir.
Onun sözlərinə görə, Rusiya milli sərvətinin böyük hissəsini müdafiə sənayesinə yönəltdiyi üçün hərbi konstruktor büroları ciddi uğurlar əldə edir. Qeyd olunub ki, ölkə pilotsuz uçuş aparatları, raketlər və aviasiya üçün sensor sistemlərini daim modernləşdirir.
Bildirilib ki, böyük maliyyə yatırımları nəticəsində Rusiyanın müdafiə sənayesi sürətlə inkişaf edir və bu da ona texnoloji baxımdan rəqiblərini qabaqlamaq imkanı verir.
Aytəkin TOFİQQIZI













